Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 21:56
Yaponiyanın nəhəng texnologiya şirkətlərindən hesab olunan Sony koronavirusa görə, Londondakı ofisini bağlamalı olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri mediaya açıqlamalarında sadəcə işçilərdən bir həftə işə gəlməməyi istədiklərini bildiriblər.
Qeyd edək ki, koronavirus bir sıra şirkətləri təxirəsalınmaz tədbirlər görməyə məcbur edib. Bir neçə gün əvvəl Twitter 5 min işçisinə məsafədən işləməklə bağlı təlimat verib. Kriptovalyuta şirkəti Coinbase də əməkdaşlarına göndərdiyi elektron məktubda ofisə gəlmək məcburiyyətində olmadıqlarını, evdən işləyəcəklərini bildirib. Apple isə Çinin bəzi bölgələrindəki işçilərinə evdən işləmək təlimatı verib.