Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyat yoldaşının xahişi ilə evini satır - 6 milyon avroya

Həyat yoldaşının xahişi ilə evini satır - 6 milyon avroya

Tarix: 11 Mart 2020 19:20

İngiltərə millisinin sabiq üzvü Con Terri həyat yoldaşının xahişi ilə evini satışa çıxarıb.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, onun xanımı 2017-ci ildə sözügedən evdə olan oğurluq hadisəsini unuda bilmədiyi üçün bu addım atılıb. "Aston Villa"nın məşqçisinin evini 5.5 milyon funt stertlinqə (təqribən 6 milyon avro) satacağı bildirilib.

Qeyd edək ki, cinayətkarlar 2017-ci ildə Terrinin evindən 400 min funt sterlinq dəyərində qiymətli əşyalar oğurlayıb.Onun həyat yoldaşının bu hadisədən sonra özünü təhlükəsiz hiss etmədiyi bildiriib.

Xatırladaq ki, cinayətkarlar 27 il müddətinə azadlıqdan məhrum edilib.

 


Etiketlər:  Həyat yoldaşının xahişi ilə evini satır milyon avroya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ