Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 23:30
İran parlamentinin üzvü, ixtisasca həkim olan Zöhrə İlahian Koronavirusdan sağalıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, o, artıq müalicə olunduğu xəstəxanadan evə buraxılıb. İranın rəsmi televiziya kanalına görüntülü açıqlama verərkən bu barədə danışan xanım İlahian virusdan qorunmaq üçün məsləhətlər də verib.
O bildirib ki, məcbur qalmadıqca səyahət etmək olmaz. Əlləri tez-tez yumaq lazımdır. Üzə əllə toxunmaq olmaz. Lazımi tədbirlər görülərsə, virusdan qorxmaq lazım deyil.
Qeyd edək ki, Z.İlahianın "Covid19"-la bağlı verdiyi testin nəticəsinin müsbət çıxdığı haqqında onun müşaviri Mustafa Feyli məlumat vermişdi.