Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı hesablar daha tez sındırılır?

Hansı hesablar daha tez sındırılır?

Tarix: 12 Mart 2020 07:32

"Microsoft"un mühəndisləri bildiriblər ki, müdaxilə olunmuş hesabların 99.9%-i ikimərhələli autentifikasiya həllinə malik olmayıb. Onların fikrincə, bu həll hesablara edilən avtomatlaşdırılmış hücumların əksəriyyətinin qarşısını alır.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un məlumatına görə, onlar gündə sistemə 30 milyarddan çox giriş hadisəsini izləyirlər. Şirkətin nümayəndəsi bildirib ki, bütün hesabların təxminən 0,5%-i hər ay müdaxiləyə məruz qalır.

Hesabların yalnız 11%-i ikimərhələli autentifikasiya həllinə malikdir.

Əksər hallarda hesaba müdaxilə kifayət qədər sadə hücumlardan sonra baş verir.

Daha bir problem parolların təkrarı ilə bağlıdır. "Məlumatımıza görə, istifadəçilərin 60%-i parolları təkrarən istifadə edirlər. Bu, çox geniş yayılıb - "Microsoft"un identifikasiya və təhlükəsizlik üzrə arxitektoru Uoker deyib".


Etiketlər:  Hansı hesablar daha sındırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ