Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentin köməkçisi: Ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək

Prezidentin köməkçisi: Ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək

Tarix: 12 Mart 2020 11:40

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə deyib.

Ş.Mövsümov 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı:

“Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində mümkün olub”.

Müşavirədə bir sıra tapşırıqlar da verilib: İlk növbədə, Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirsin; Artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir; Mərkəzi Bank Prezidentin tapşırıqlarına müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri davam etdirsin və atılacaq addımları sürətləndirsin; Vergi xidməti orqanları səlahiyyətləri çərçivəsində valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görsün; Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.


Etiketlər:  Prezidentin köməkçisi Ehtiyatlarımız bizə növbəti ildə dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ