Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2025 11:36
Rusiya ən böyük yük maşını istehsalçısı "KAMAZ" satış problemlərinə görə iş həftəsini qısaldacaq.
Sonxeber.net xəbər verir ki, TASS agentliyinin məlumatına görə Rusiya yük avtomobilləri istehsalçısı KAMAZ avqustun 1-dən etibarən iş həftəsini dörd günə endirəcək.
Şirkətin sözçüləri bu qərarın yük avtomobili bazarında yaşanan böhran səbəbilə verildiyini açıqlayıb.
Qeyd edilir ki, Qorki Avtomobil Zavodu da satışların azalması səbəbilə iş həftəsini dörd günə endirmək qərarı vermişdi. Orada orta yüklü avtomobillərin satışı 40 faiz, yüngül kommersiya nəqliyyatının satışı 30 faiz, avtobusların satışı isə 60 faiz azalıb.
Ekspertlər bildirir ki, iş həftəsinin qısaldılması istehsalçıların mövcud bazar şəraitinə uyğunlaşması və iş yerlərinin qorunması üçün atılan addımdır.