Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ali məktəblərdə tədris ilinin müddəti uzadıldı - (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycanda ali məktəblərdə tədris ilinin müddəti uzadıldı - (FOTO) (ƏLAVƏ OLUNUB)

Tarix: 12 Mart 2020 12:21

İlk xəbər saat 12:12-də yayımlanıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.

Azərbaycanda ali məktəblərdə tədris ilinin müddəti uzadıldı - (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image


Etiketlər:  Azərbaycanda məktəblərdə tədris ilinin müddəti uzadıldı FOTO ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ