Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 20:04
Bakıda Lənkəran sakini küçədə qarət olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Nuriyev Ramin Qüdrət oğlu Yasamal rayonu, X. Dadaşov küçəsi 150 ünvanın qarşısında olarkən naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq edib.
Həmin şəxs R. Nuriyevin 150 manat dəyərində "Samsung" markalı mobil telefonunu alıb hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.