Tarix: 13 Mart 2020 13:02
Bu ay Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında İtaliya milli komandası iştirak etməyəcək.
Qol.az xəbər verir ki, bu barədə İtaliya Cüdo, Karate və Döyüş Sənəti Federasiyasının (FIJKAM) rəsmi saytı məlumat yayıb.
FIJKAM-ın prezidenti Domeniko Falkonenin koronavirus epidemiyasına görə Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinoza müraciət ünvanladığı və qitə çempionatını təxirə salmasını xahiş edib. O, Beynəlxalq Cüdo Federasiyasının və Dünya Güləş Birliyinin də yarışları təxirə saldığını xatırladıb.
Qeyd edək ki, Avropa çempionatı martın 25-dən 29-dək keçiriləcək.