Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 13:15
"Yalnız son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, hazırkı neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Əhaliyə heç bir təlaşa düşməməyi tövsiyə edən komitə sədri söyləyib ki, bu gün Azərbaycanın banklarında kifayət qədər xarici valyuta var:
"Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir".