Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaxarovadan Rusiya-Azərbaycan münasibətləri ilə bağlı açıqlama

Zaxarovadan Rusiya-Azərbaycan münasibətləri ilə bağlı açıqlama

Tarix: 24 Iyul 2025 19:09

"Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir". 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevin bir müddət öncə XİN-ə çağırılaraq ona Bakıda saxlanılan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbi ilə bağlı nota təqdim edildiyini xatırladıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir.

Xatırladaq ki, Yekaterinburqda iki azərbaycanlının vəhşicəsinə öldürülməsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib.


Etiketlər:  Zaxarovadan Rusiya Azərbaycan münasibətləri ilə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ