Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda narkotacir saxlanıldı

Lənkəranda narkotacir saxlanıldı

Tarix: 13 Mart 2020 13:44

Lənkəran Şəhər Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Şilavar kənd sakini Səfər Bunyatov saxlanılıb.

Onun yaşadığı evə özünün iştirakı ilə keçirilən baxış zamanı oradan 6 bükümdə ümumi çəkisi 55 qram narkotik vasitə tiryək, 10 bükümdə ümumi çəkisi 41 qram heroin, 6 bükümdə ümumi çəkisi 13 qram psixatrop maddə olan metamfetamin, 5 bükümdə ümumi çəkisi 4 qram qurudulmuş marixuana və narkotik vasitələrin satışı üçün istifadə etdiyi elektron tərəzi aşkar edilərək götürülüb.Onun üzərinə keçirilən şəxsi axtarış zamanı da bir bükümdə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Lənkəranda narkotacir saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ