Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni ən güclü smartfon açıqlanıb

Yeni ən güclü smartfon açıqlanıb

Tarix: 14 Mart 2020 08:04

"Asus ROG" seriyalı smartfon ilk dəfə yeni "Snapdragon 865 Plus" prosessoru ilə təchiz ediləcək. Bu barədə Çinin "MyDrivers" nəşrinin məlumatında deyilir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "Asus ROG Phone 3" oyun smartfonu "Qualcomm" şirkətinin yeni mobil prosessoru ilə təchiz ediləcək ilk qurğu olacaq. İnsayderlərin fikrincə, bu, "Asus" telefonuna bazarın ən güclü qurğusu olmağa imkan verəcək. "Snapdragon 865 Plus" prosessoruna "ROG Phone 3" ilə yanaşı, digər "Android" smartfonları malik olacaq.

Bildirilir ki, "Snapdragon 865 Plus" 7 nanometrlik "TSMC" texnoloji prosesindən istifadə edilməklə "Kryo 485" nüvələri üzərində qurulacaq və "Adreno 645" qrafik prosessoru ilə təchiz ediləcək. Jurnalistlər qeyd edib ki, yeni çip üzərində işləyən smartfon konseptləri populyar "AnTuTu" saytında 600-dən çox bal toplayıb.

Nəşrin məlumatına görə, "Asus" oyun seriyasının aktual "ROG Phone 2" smartfonu "Snapdragon 855 Plus" prosessoru ilə təchiz edilən ilk qurğu olub. "Asus ROG Phone 3" smartfonunun təqdimatı bu ilin üçüncü rübündə gözlənilir.

2019-cu ilin dekabrında "Asus ROG Phone 2" smartfonu, "AnTuTu" saytının versiyasına görə, bazarın ən güclü smartfonu seçilib. Qurğu sintetik avadanlıq sınaqlarında rekord 496 min bal toplayıb. Həmçinin ən məhsuldar qurğular siyahısına "OnePlus 7 Pro", "7T", "7T Pro", "Realme X2 Pro", "Xiaomi Redmi K20 Pro", "Asus ZenFone 6", "Samsung Galaxy Note 10 " və "Note 10 5G" daxil olub.


Etiketlər:  Yeni güclü smartfon açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ