Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ bir sıra tibbi təyinatlı Çin mallarını rüsumdan azad edib

ABŞ bir sıra tibbi təyinatlı Çin mallarını rüsumdan azad edib

Tarix: 14 Mart 2020 08:12

ABŞ hökuməti koronavirusun yayılması ilə əlaqədar Çindən idxal olunan bir sıra tibbi təyinatlı mallara tətbiq edilən rüsumları ləğv edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti ABŞ Ticarət Nümayəndəliyinin əməkdaşına istinadən məlumat yayıb.

"ABŞ Ticarət Nümayəndəliyi koronavirusla əlaqədar Çindən idxal olunan onlarla tibbi təyinatlı predmetlərə tətbiq olunan rüsumların götürülməsi ilə bağlı müraciətlərə müsbət cavab verib", - məlumatda belə deyilir.

Qeyd olunur ki, siyahıya mühafizə xalatları, əlcəklər, cərrahi mələfələr və tibbi tullantıları atmaq üçün nəzərdə tutulmuş bağlamalar daxildir.


Etiketlər:  ABŞ sıra tibbi təyinatlı Çin mallarını rüsumdan azad edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ