Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Floyd Meyvezerin 3 uşağının anası ölü tapıldı

Floyd Meyvezerin 3 uşağının anası ölü tapıldı

Tarix: 14 Mart 2020 09:36

Dünyaca məşhur boksçu Floyd Meyvezerlə 15 il eşq yaşayan Cozi Harris avtomobilində ölü tapılıb.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, polis hadisə ilə bağlı ətraflı açıqlama verməsə də, hadisənin cinayət işi olmadığını bildirib.

Qeyd edək ki, Cozi 2012-ci ildə övladlarının gözü önündə Floyd tərəfindən döyüldüyünü etiraf etmişdi. Hadisə ilə bağlı Meyvezer 90 gün azadlıqdan məhrum edilmişdi.

Floyd məhkəmədə bildirmişdi ki, Cozini döyməsinin səbəbi onun narkotik maddələrdən istifadə etməsi olub.

Harris isə Meyvezerin ona atdığı böhtana görə 20 milyon dollar (təxminən 34 milyon manat) təzminat tələb etmişdi.

Əlavə edək ki, keçmiş sevgililərin bu münasibətdən 2 oğlu və 1 qızı var.


Etiketlər:  Floyd Meyvezerin uşağının anası ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ