Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxan daha 3 Azərbaycan vətəndaşı sağaldı - Operativ qərargah

Koronavirusa yoluxan daha 3  Azərbaycan vətəndaşı sağaldı - Operativ qərargah

Tarix: 14 Mart 2020 12:15

Bakı. Trend:

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu haqda Nazirlər Kabinetinin yanında operativ qərargahdan Trend-ə daxil olan məlumatda bildirilib. Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir. Onların səhhəti ciddi nəzarət altında saxlanılır.


Etiketlər:  Koronavirusa yoluxan daha Azərbaycan vətəndaşı sağaldı Operativ qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ