Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 17:09
İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Abbas Musəvi Azərbaycan və digər dövlətlərin koronavirusla mübarizədə ölkəsinə göstərdikləri yardıma görə təşəkkür edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Abbas Musəvi özünün "Twitter" səhifəsində İran xalqının və dövlətinin onun ağır günlərdə yanında olan dostlarını heç vaxt unutmayacağını yazıb.
Onun sözlərinə görə, İran Azərbaycan, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Britaniya, eləcə də Qətər və Rusiyadan yardımlar alıb.
Xatırladaq ki, martın 7-də Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.