Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 20:18
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”-nın Bakı - Paris - Bakı, Bakı - Berlin - Bakı, Bakı - Nursultan - Bakı, Bakı - Aktau - Bakı, Bakı - Alma - Ata - Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.
Trend-in məlmatına görə, Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir.