Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 03:12
Baki. Trend:
Suriyanın Skalbiya şəhəri silahlılar tərəfindən raket atəşinə tutulub, nəticədə beş dinc sakin həlak olub, 12 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişinin sözlərinə görə, "Həyat Təxrir əş-Şam" terrorçu təşkilatının silahlıları "İdlib deeskalasiya bölgəsi"ndən Skalbiya yaşayış məntəqisini, reaktiv yaylım atəş sistemindən beş dəfə atəşə tutublar:
"Terrorçular ümumilikdə 38 raket atıblar. Raketlərdən bir neçəsi Skalbiya Milli Xəstəxanasına dəyib. Suriyanın təcili xidmətlərinin verdiyi məlumata görə, beş dinc sakin həlak olub, 12 nəfər yaralanıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin