Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 12:18
UFC 249 turniri, həmçinin bu yarışın əsas döyüşü olan Həbib Nurmaqamedov – Toni Fergüson qarşılaşması təxirə salınmayacaq.
Qol.az xəbər verir ki, bu haqda UFC prezidenti Dena Uayt bildirib. Əvvəlcə bu döyüşü Nevadada keçirmək istədiklərini söyləyən D.Uayt indi başqa variantlar üzərində düşündüklərini söyləyib:
“Bu döyüş olacaq. Azarkeşlər narahat olmaya bilərlər. Nevada ştatının qərarınsa əsasən, Las-Veqasda döyüş keçirə bilməyəcəyik. Amma hazırda başqa yerlər axtarışındayıq. UFC yarışları dayanmayacaq”.