Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün ballı su içməyin 10 faydası

Hər gün ballı su içməyin 10 faydası

Tarix: 15 Mart 2020 22:06

Yəqin ki, ballı su içməyin, xüsusən acqarına qəbul etməyin faydaları haqqında eşitmisiz. Amma hələ də bu üsula inanmır və etmirsiz.

Milli.Az medicina.az-a istinadən hər gün bal həll olunmuş su içməyin orqanizmə faydalarını təqdim edir:

1. Qaraciyərin yüklənməsini azaldır, işini tənzimləyir, toksin və zərərli əlavələrdən təmizləyir.

2. Orqanizmi, müxtəlif toxumaları parazitlərdən təmizləyir.

3. Həzmi qaydaya salır. Səhər acqarına içildikdə bağırsağı aktivləşdirir, gecədən qalan yemək qalıqlarından təmizləyir.

4. Arıqlamağa kömək edir, detoks edir. Piylər parçalanır.

5. Sinir sistemini bərpa edir. Ballı su əsəbi insanlar üçün antidepressantdır.

orğunluqda gücü bərpa edir, əhvalı yaxşılaşdırır.

6. Qrip, zökəmdə tez sağalmağa yardım edir. Antibakterial təsir edir

7. Angina və bronxitdə ağciyərləri, boğazı təmizləyir.

8. Dərini sağlamlaşdırır.

9. İnsanda yaşlılıq əlamətlərini gecikdirir.

10. Balda olan qidalı maddələr immuniteti qüvvətləndirir, ballı su ilə qidalanan hüceyrələr daha gənc olur, aktiv bölünür, zərərli hüceyrələri məhv edir.

Necə hazırlamalı?

Bunun üçün mütləq təmiz, keyfiyyətli bal lazımdır. Su isə kran suyu və qaynadılmış olmamalıdır. Ya filtr edilmiş, ya da mağazada yaxşı marka sudan olmalıdır.

Bir qədər isidilmiş 200 ml suda 1 çay qaşığı bal qatılmalıdır, nə az, nə çox.
Əgər bal və ya su çox olsa, faydası olmayacaq.

Ən yaxşı metod səhər oyanan kimi dərhal içməkdir. Eləcə də gecə yatanda içə bilərsiniz.

Milli.Az


Etiketlər:  Hər gün ballı içməyin faydası


RƏYLƏR