Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 02:04
Bakı. Trend:
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) koronavirus səbəbilə uçot dərəcəsini 0-0,25 faizə qədər azaldılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə FED-in bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Koronavirusun nəticələri qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu iqtisadi perspektivlər üçün təhlükə yaradır.
Xatırladaq ki, FED martın 3-ü uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.