Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Valensiya''nın 3-cü futbolçusunda koronavirus aşkarlandı

''Valensiya''nın 3-cü futbolçusunda koronavirus aşkarlandı

Tarix: 16 Mart 2020 11:40

İspaniyanın "Valensiya" klubunun komanda üzvlərindən və texniki heyətdən bütövlükdə 5 nəfərin koronavirusa yoluxduğunu xəbər vermişdik.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Ezekiel Qaray və Elyakim Manqaladan sonra daha bir "Valensiya"lı futbolçu koronavirusa yoluxduğunu açıqlayıb.

Bu, La Liqa təmsilçisinin müdafiəçilərindən olan Xose Luis Qayadı. Bu barədə 24 yaşlı futbolçu rəsmi İnstagram hesabından məlumat yayıb. Qaya koronavirus testinin müsbət çıxdığını bildirib.

"Valensiya"nın digər koronavirusa yoluxan futbolçuları - Qaray və Manqala da müdafiə xəttində çıxış edirdi.

"Valensiya" ilə bu mövsümdə 28 oyunda iştirak edən Qaya, İspaniya milli komandasına da dəvət alır.

Milli.Az


Etiketlər:  Valensiyanın futbolçusunda koronavirus aşkarlandı


RƏYLƏR