Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 14:24
Bakı. Trend:
Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası, kişilər arasında isə Yüksək Liqa və I Liqanın oyunları növbəti dəfə təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından Trend-ə verilən məlumata görə, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qeyri-müəyyən vaxtadək atılıb.
Federasiyanın qərarı dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Ölkədə fəaliyyət göstərən voleybol üzrə bütün bölmə və klublardan da məşqləri dayandırmaq tələb olunub.
Bildirilib ki, yarışların və məşqlərin bərpa olunacağı vaxtla bağlı əlavə məlumat veriləcək.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyası martın 4-də çempionat oyunlarını təxirə salsa da, martın 12-də yenidən bərpa etmişdi.