Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada 19 ruhi xəstəni öldürən şəxs edama məhkum edildi

Yaponiyada 19 ruhi xəstəni öldürən şəxs edama məhkum edildi

Tarix: 16 Mart 2020 18:20

Bakı. Trend:

Yaponiyada ruhi xəstələr üçün müəssisədə 19 nəfəri qətlə yetirmiş şəxs ölüm cəzasına məhkum edilib.

Trend-in məlumatına görə, 30 yaşlı Satosi Uematsu asılmaqla edam ediləcək.

Məhkəmə prosesi zamanı, S.Uematsu həmin şəxsləri əziyyətdən xilas etmək üçün qətlə yetirdiyini deyib.

Qeyd edək ki, 2016-cı ilin iyulunda S.Uematsu Tokioda özünün işlədiyi müəssisədə xəstələrə bıçaqla hücum edərək 19 nəfəri qətlə yetirib.


Etiketlər:  Yaponiyada ruhi xəstəni öldürən şəxs edama məhkum edildi


RƏYLƏR