Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 19:48
Bakı. Trend:
Pekin koronavirusa qarşı yeni vaksinin sınaqlarının yaxın zamanlarda başlayacağına ümid edir.
Trend-in məlumatına görə, hazırda Çində bir çox elmi-tədqiqat mərkəzi, tibb institutları və universitetlər vaksinin hazırlanması üzərində işləyir.
Bundan başqa, Çin Hərbi Tibbi Akademiyasının mütəxəssislərinin hazırladığı vaksinin kliniki sınaqlarının aparıldığı deyilib. Bununla əlaqədar ətraflı məlumat verilməyib.
Bir müddət əvvəl Şanxay alimləri koronavirusa qarşı vaksinin apreldə sınaqlarının başlaya biləcəyini demişdi.