Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 19:57
Bakı. Trend:
Gürcüstanda ilk koronavirusa yoluxma kimi qeydə alınan 55 yaşlı azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilib ki, onun təkrar testlərinin cavabı mənfi olub və o evə buraxılıb.
Həmin şəxsə bir həftə müddətində ev şəraitində qalaraq özünü təcrid etməsi tövsiyə edilib.
Qeyd edək ki, azərbaycanlı vətəndaşa koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.