Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Valensiya "Mançester Yunayted"dən gedir - yayda

Valensiya

Tarix: 21 Aprel 2019 15:36

"Mançester Yunayted"in futbolçusu Antonio Valensiya bu mövsümün sonu İngiltərə klubunu tərk edəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi müqaviləsinin müddəti yayda başa çatacağı üçün Premyer Liqa təmsilçisindən ayrılacaq.

A.Valensiya özünü "İnstaqram" səhifəsində "Old Trafford" stadionun Aleks Fergüsson tribunasının şəklini paylaşaraq "Təşəkkür" yazıb.

Qeyd edək ki, A.Valensiya 2009-cu ildən "MY"da oynayır.

 


Etiketlər:  Valensiya Mançester Yunayteddən gedir yayda


RƏYLƏR