Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 10:32
Dünyada epidemiyannın yayılması yeni bir şərait yaradıb. Dünyanın ən böyük iqtisadiyyatlarında azalma müşahidə olunur.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatını bu günə və eyni zamanda bundan da çətin günlərə hazırlanmağa hesablanıb.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur: "Son zamanlar neftin qiymətində baş verən hadisələr və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatların nəticəsi qısa zaman ərzində öz nəticəsini verir və bu islahatlar bu günə və sabaha hesablanmış islahatlardır.
Hesab edirəm ki, bundan sonra da baş verən hadisələrdə neft qiymətinin indikndən də aşağı düşməsi ssenarisində Azərbaycan iqtisadiyyatını bu hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını qorumaq və əhalini digər hadisələrdən qorumaq üçün Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur".