Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 13:24
Bakı. İlhamə İsabalayeva - Trend:
2020-ci ildə yaz fəsli Azərbaycana 20 Mart saat 07:49:36-da daxil olacaq.
AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq.