Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 13:32
İtaliyada koronavirus səbəbindəm liqaların dayandırılmasından sonra maaş məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A və B seriyası klublarının prezidentləri maliyyə itkilərini minumuma endirmək üçün bir müddət oyunçuların maaşını dondurmaq fikrinə düşüb. Ancaq İtaliya Futbolçular Assosiasiyası bu ideyaya qarşı çıxıb.
Xəbərdə həmçinin A seriyasının mayın 9-u bərpa edilə biləcəyi və bu, baş verəcəyi təqdirdə, çempionatın iyul ayına qədər davam edəcəyi vurğulanıb.
Klublar və İtaliya Futbolçular Assosiasiyasının müqaviləsi iyunun 30-u başa çatacaq futbolçuların sözləşmə müddətini iyulun 15-ə kimi uzada biləcəyi qeyd olunub.