Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclis bu informasiyaların yayılmasını qadağan etdi

Milli Məclis bu informasiyaların yayılmasını qadağan etdi

Tarix: 17 Mart 2020 14:14

Azərbaycanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik edilib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklikdə nəzərdə tutulan hallar bunlardır:

- internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir,

- insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.


Etiketlər:  Milli Məclis informasiyaların yayılmasını qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ