Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

180 günlük dünya səyahəti davam edir: Fərid Novruzi hobbitlərin kəndinə səfər edib və daha nələr... - FOTO

180 günlük dünya səyahəti davam edir: Fərid Novruzi hobbitlərin kəndinə səfər edib və daha nələr... - FOTO

Tarix: 17 Mart 2020 16:08

Yanvarın 30-da azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi 180 gün davam edəcək və heç bir hava nəqliyyatından istifadə olunmadan həyata keçiriləcək dünya səyahətinə yollanmışdır.

Dünya səyahətinə çıxmış ilk azərbaycanlı olan Fərid Novruzi səyahətinə Kolumbiyadan başlamışdır. 180 günlük səyahət elə sona çatacağı Boqotadan start götürmüşdür. Səyyah artıq Kolumbiya, Ekvador, Peru, Pasxa adası və Taitiyə səfər etmişdir. Dünya səyahətinin gedişatı haqqında daha ətraflı növbəti keçiddən oxuya bilərsiniz.

https://news.milli.az/interest/830783.html

https://news.day.az/tourism/1208443.html

https://www.trend.az/life/travel/3201134.html

Sakit okeanın cənubunda - Polineziyada yerləşən,  Yeni Zelandiya ilə müstəqil assosiasiya təşkil edən Kuk adaları arxilepalağı və eyniadlı özünüidarə sisteminə malik dövlət Fərid Novruzinin dünya səyahəti çərçivəsində səfər etdiyi növbəti yer olmuşdur.

"Kəşfçilərin cəsarətinə həmişə heyran olmuşam və özüm də coğrafi tədqiqat fəaliyyəti ilə məşğul olmağı çox istərdim. Təəssüf ki, bütün mümkün yerlər artıq kəşf olunmuşdur və bu kəşfçilərdən biri Ceyms Kuk olmuşdur"- deyə F.Novruzi Kuk adalarının ən böyük adası olan Rarotonqa haqqında paylaşımında qeyd etmişdir. O vurğulamışdır ki, Kuk adaları onu Taitidən daha çox heyran etmişdir. Paylaşım haqqında daha ətraflı burada oxuya bilərsiniz.

F.Novruzi Rarotonqada ekskursiyasını avtobusla həyata keçirmişdir. Səyyah qeyd edir ki, ada bərəkətlidir və burada istənilən meyvəni, məsələn, quava və papayanı birbaşa ağacdan dərib yemək mümkün olduğundan insanları hansısa bir meyvə ilə təəccübləndirmək mümkün deyildir.

Dünya səyahəti zamanı Fərid Novruzi maraqlı bir hadisə ilə qarşılaşmışdır - səyyah 3 mart tarixindən birbaşa 5 mart tarixinə keçid etmişdir. 4 mart tarixi F.Novruzinin həyatından yox olmuşdur. Bu hadisə Tarixin dəyişmə xətti səbəbindən baş vermişdir və bu haqda daha ətraflı növbəti keçiddə oxuya bilərsiniz.

Fərid Novruzi vurğulayır ki, onun 180 günlük dünya səyahətinin ən çətin hissəsi geridə qalmışdır: "Sakit okeanı keçmək vacib məqam idi və tale mənə bu şansı nəsib etdi. Bunu həyata keçirmiş ilk azərbaycanlı olub-olmadığımı bilmirəm, ancaq bu həyatımın sonuna qədər mənimlə qalacaq inanılmaz təcrübə idi"

Növbəti şəhər Yeni Zelandiyanın ən böyük yaşayış məntəqəsi olan Oklend olmuşdur. F. Novruzinin "Instagram" sosial şəbəkəsindəki bu haqda daha ətraflı paylaşımı ilə növbəti keçiddə  tanış ola bilərsiniz.

Oklenddə gəzintidən sonra səyahət artıq Hind okeanının sularında davam etmişdir: "Bu, inanılmaz hiss idi. 20 gün ərzində Sakit okeanda üzdükdən sonra artıq Hind okeanının sularında səyahətimi davam etdirirəm".

F.Novruzi Yeni Zelandiyada olduğu zaman 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə rəhbərlik etdiyi "Novco Group" şirkətinin xanım əməkdaşlarını təbrik edərək, onlara  xoşbəxtlik, sevgi və çoxlu səyahətlər arzuladığı xüsusi videoçarx çəkmişdir. Videoçarxı burada  izləyə bilərsiniz.

Səyahət əsnasında F.Novruzi bir çox səyyahların arzusunu gerçəkləşdirərək Rotorua şəhəri və burada yerləşən "hobbitlər kəndi"nə səfər etmişdir. C.R.R. Tolkinin "Üzüklərin hökmdarı" romanı əsasında ekranlaşıdırılmış filmin çəkilişləri məhz burada aparılmışdır. Bunun sayəsində qeyd olunan yer bütün dünyada turistlər arasında məşhurlaşmışdır. "Əgər mənim "Hollywood"da tanışım olsa idi, ona Qəbələ və ya İsmayıllıda film çəkməyi təklif edərdim".

Bu nağılvari yer haqqında daha ətraflı burada oxuya bilərsiniz.

Yeni Zelandiyanın Şimal adasında yerləşən Tauranqa şəhəri Fərid Novruzi heyran edə bilməmişdir. Onun sözlərinə əsasən şəhər darıxdırıcı, küçələr boş və ruhsuz təsir bağışlamışdır. Buna baxmayaraq, burada insanlar hamıdan əvvəl günəşin çıxmasını izləyir ki, səyyah da belə etmişdir. Daha ətraflı  burada.

Tauranqadan sonra Fərid Novruzi Yeni Zelandiyanın digər bir şəhəri olan və çoxsaylı palçıq vulkanlarının və termal suların yerləşdiyi Rotoruaya yola düşmüşdür. Şəhəri dolaşarkən bir suvenir mağazasına baş çəkən səyyah burada dünya ölkələrinin çoxsaylı bayraqlarını görmüş və mağaza sahibinin icazəsi ilə Azərbaycan bayrağının əks olunduğu stikeri divara yapışdırmışdır. Daha ətraflı burada oxuya bilərsiniz.

F.Novruzi unikal Sekvoya meşəsində olmuş, həmçinin bir hissəsi mavi, digər hissəsi isə yaşıl olan gölü kameraya çəkmişdir. Yeni Zelandiyanın bütün bu təbiət gözəlliklərini aşağıda təqdim olunan şəkillərdə izləyə bilərsiniz.

Səyyahı Qeyzerlər vadisi, eləcə də Huka şəlaləri də heyrətləndirmişdir. F.Novruzi Yeni Zelandiyanın Taupo şəhərindəki bütün qəlbi ilə Azərbaycanın paytaxtına vurulmuş Formula1 yarışlarının böyük pərətişkarı tərəfindən açılmış  "Bakı" kafesinə də baş çəkmişdir. "Kafedə Azərbaycan mətbəxinin hər hansı nümunəsi təqdim olunmasa belə, divarlarda doğma şəhərimin fonundakı bolid rəsmlərini görmək çox xoş hiss idi".

Səyahət zamanı F.Novruzi Yeni Zelandiyanın Vellinqton şəhərində azərbaycanlılar Rüfət və Səbinənin ailəsi ilə görüşmüşdür: "Vətəndən uzaqda olsalar belə çox şeylərə nail olmuş azərbaycanlıları görmək xoş idi" - səyyahın həmvətənləri ilə görüşü haqda daha ətraflı burada oxuya bilərsiniz.

Səyahətin növbəti məntəqəsi Vellinqton şəhəri olmuşdur. Fərid Novruzinin sözlərinə əsasən, bu şəhər "küləklər şəhəri" adı uğrunda mübarizədə Bakıya rəqib ola bilərdi. Bu Yeni Zelandiya şəhəri də Azərbaycanın paytaxtı kimi dəniz buxtasının sahilində yerləşir. F.Novruzinin Vellinqton haqqında düşüncələrini burada oxuya bilərsiniz.

Yeni Zelandiyanın "Milford Sound" milli parkı səyyaha xüsusi təsir bağışlamışdır. O, buraya mütləq surətdə bir daha - bu dəfə ailəsi ilə birgə gələcəyini vəd etmişdir. Park davam etməkdə olan səyahət çərçivəsində Yeni Zelandiyadakı son məntəqə olmuşdur.

Fərid Novruzinin səyahəti davam edir. Bu əyləncəli və maarifləndirici səyahəti  onun daim rəngarəng şəkillər və təəssüratlarını bölüşdüyü "Instagram" və "Facebook" sosial şəbəkələrindəki hesablarında,  eləcə də "YouTube" kanalında onlayn olaraq izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=dr_LzKr-ETs

Mövcud beynəlxalq qaydalara əsasən heç bir hava nəqliyyatından istifadə etmədən bütün meridianlardan keçməklə, minimum 40 000 km məsafənin qət olunduğu səfər dünya səyahəti hesab olunur. Şərtlərdən biri mütləq qaydada səyahət müddətində dünyanın iki antonoqonist guşəsində olmaq və ekvatoru minimum iki dəfə keçmək, eləcə də hər bir qitədə 1000 km-ə qədər məsafənin avtobus, qatar, avtomobillə, piyada qət edilməsidir.

Səyahətin davam edəcəyi 6 ay ərzində səyyah dünyanın 6 guşəsinə - Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika, Avstraliyaya və Okeaniyaya səfər edəcəkdir.

Bir daha xüsusi vurğulamaq istərdik ki, məhz Fərid Novruzi belə bir səyahəti həyata keçirmiş ilk azərbaycanlı olacaqdır. Əminik ki, bu ecazkar nümunədən bəhrələnən bir çox insanlar onun kimi cəsarətlə öz arzusunun arxasınca gedərək yeni ölkələr və onların zəngin mədəniyyəti ilə tanışlığa yollanacaqdır.

Dünya səyahətinin əsas tərəfdaşları olaraq, "MyBrands.az", "Pasha Bank", "Azercell", "Mercedes Benz", digər tərəfdaşlar qismində "Triponline""AzInsurance" çıxış edir. Layihə "Vizam.az" şirkətinin və Azərbaycan diasporunun dəstəyi ilə həyata keçirilir.

Məlumat dəstəyi "Day.az", "Trend.az""Milli.az" tərəfindən təqdim olunur.


Etiketlər:  günlük dünya səyahəti davam edir Fərid Novruzi hobbitlərin kəndinə səfər edib daha nələr FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ