Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 18:40
UEFA bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020-nin təxirə salındığını rəsmən açıqlayıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransından sonra qərar verilib. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.
Xatırladaq ki, qitə çempionatının 4 oyunu Bakıda keçiriləcək.