Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 23:40
İtaliyada təhsil alan azərbaycanlı tələbələr Vətənə təxliyə edilmələri çarter reysləri təşkil edildiyi üçün Azərbaycan rəhbərliyinə təşəkkür ediblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, təxliyədən əvvəl Roma hava limanında toplaşan tələbələrimiz yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrin təxliyəsi davam edir.
Ən son məlumatlara görə, İtaliyada 26 minə yaxın insan koronavirusa yoluxub, 2500-dən artıq insan isə bu xəstəlikdən dünyasını dəyişib.