Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA astronavtları karantinə alacaq

NASA astronavtları karantinə alacaq

Tarix: 19 Mart 2020 08:48

Koronavirusun bir sıra şirkətlərin fəaliyyətinə təsir etməsi barədə məlumatlara mediada sıx rast gəlinir. Bu dəfə isə NASA-nın fəaliyyəti müzakirə mövzusudur.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, NASA astronavtları karantinə alacaq. Bu, beynəlxalq Kosmik Stansiyaya göndəriləcək astronavtlara şamil olunacaq. NASA rəsmiləri bildirib ki, bu addımı atmaqda məqsəd ÜST-nin pandemiya elan etdiyi COVID-19 virusunun Beynəlxalq Kosmik Stansiyaya daşınmasının qarşısını almaqdır. Virus astronavtlar tərəfindən Yerdən kənara daşınsa, planeti indiyədək görünməmiş kosmik təhlükə gözlədiyi bildirilib. Hazırda NASA-da karantinə hazırlıq işlərinin aparıldığı vurğulanıb. Karantinlə əlaqədar NASA-nın insan əməyinə əsaslanan kosmik araşdırmaları bir müddət dayandıracağı da deyilir.


Etiketlər:  NASA astronavtları karantinə alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ