Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq

Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq

Tarix: 19 Mart 2020 12:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”na əsasən həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 400 peşə və kvalifikasiya standartının hazırlanması təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, həmin peşələr iqtisadiyyatın əsas sahələri üzrə əmək bazarında prioritet peşələrdəndir.

Tədbirlər Planında həmçinin 2020–2025-ci illərdə 500 peşə və kvalifikasiya standartının yenilənməsi işlərinin aparılması da nəzərdə tutulub. Qeyd edilən standartlar iqtisadiyyatın müxtəlif sahələri üzrə yaradılmış, aidiyyəti qurumların, aparıcı müəssisələrin, asossiasiyaların nümayəndələrindən ibarət sahə komissiyalarında müzakirə edilərək qəbul olunacaqdır.

Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşması, işçi qüvvəsinin rəqabətliliyinin artırılması və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması məqsədinə xidmət edir.

2010-2015-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.


Etiketlər:  Daha peşə kvalifikasiya standartı hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ