Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 17:40
Gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin sayı dəqiqləşib.
Qol.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında açıqlayıb.
O, yığmamız Minsk-2019-da 10 idman növündə 80 atletlə təmsil olunacağını bildirib. Yığmamız yarışda kamandan oxatmada 1, boksda 11, kanoedə 1, velosiped idmanında (şosse, trek) 5, gimnastikada (akrobatika, batut gimnastikası və tamblinq, bədii gimnastika, idman gimnastikası) 13, cüdoda 13, karatedə 7, samboda 7, atıcılıqda (güllə və stend) 6, güləşdə (sərbəst, yunan-Roma, qadın) 16 idmançı ilə qatılacaq. Nümayəndə heyəti isə ümumilikdə 170 nəfərdən, 32 məşqçi, 15 inzibati şəxs və 5 tibb işçisindən ibarət olacaq.
Qeyd edək ki, 2-ci Avropa Oyunları iyunun 21-30 aralığında keçiriləcək. Millimiz yarışa şef-de-mission Anar Bağırovun rəhbərliyi altında yollanacaq.