Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 12:50
"Yuventus"un hücumçusu Kriştianu Ronaldunun sevgilisi Jorjina Rodriqes karantin qaydalarını pozaraq alış-verişə gedib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Jorjinanın şəkli alış-verişə çıxan başqa bir qadın tərəfindən çəkilib. Bu, Kriştianu Ronaldunun fanatlarının narazılığına səbəb olub. Onlar Jorjinanın 35 yaşlı futbolçunun səhhətinə ciddi yanaşmadığını bildiriblər.
Ronaldu və Jorjina Portuqaliyada karantində saxlanılırlar.