Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 15:45
Bakı. İlhamə İsabalayeva – Trend:
Belarusun Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün informasiya texnologiyaları sahəsi üzrə 2020-2021-ci tədris ili üçün təqaüdlə təhsil imkanı təqdim edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bakalavriat səviyyəsi üzrə elan edilən proqram çərçivəsində tədris rus ya belarus dillərində aparılacaq.
Təqaüd proqramına iddiaçılar üçün son müraciət tarixi 31 mart 2020-ci ildir.