Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 16:16
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığı əsasında Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) və onun tabeliyində olan "MİDA" MMC-də vətəndaşların qrup və fərdi formada qəbulu təxirə salınır.
Sonxeber.net xəbər verir ki, MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, vətəndaş müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.
Vətəndaşlar agentliyin rəsmi "[email protected]" elektron poçt ünvanına müraciət edə, həmçinin (012) 505 65 37/38 nömrələrinə zəng edə bilərlər.