Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 11:40
İngliltərə Premyer Liqası aprelin 30-dan tez bərpa olunmayacaq.
Qol.az xəbər verir ki, bu barədə Liqanın rəsmi saytının yaydığı açıqlamada bildirilib.
“Liqa 1 iyundan gec olmayaraq bitməli idi. Amma Premyer Liqa rəhbərliyi 2019/20 mövsümünün başa çatması ilə bağlı müddəti uzatmaq qərarı verib. Həmçinin bir qərara gəldik ki, bütün peşəkar futbol matçları 30 apreldən tez keçirilməsin” – deyə açıqlamada bildirilib.
Beləliklə, bu açıqlama bir daha göstərir ki, İngiltərə Premyer Liqası ən yaxşı halda mayın əvvəlində bərpa olunacaq.