Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 18:14
"Milan"ın qapıçısı Canluici Donnaruma yayda komandanı tərk etməyə yaxındır.
Qol.az "La Gazette dello Sport"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi 21 yaşlı qolkiperlə növbəti mövsümün sonu başa çatacaq müqavilənin müddətini uzatmağı düşünmür. Klubun Donnarummanın transferindən yüksək gəlir əldə edib, komandaya yeni futbolçular cəlb etməyi planlaşdırır.
Bildirilir ki, "Milan" "Napoli"in qapıçısı Aleks Meret və "Udineze"nin qolkiperi Xuan Musso ilə maraqlanır.
Qeyd edək ki, C.Donnaruma 2015-ci ildən "Milan"da çıxış edir.