Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmisinin və bibisinin evindən çaydan oğurladı

Əmisinin və bibisinin evindən çaydan oğurladı

Tarix: 20 Mart 2020 20:32

Bakıda silsilə oğurluq törətməkdə şübhəli bilinən 19 yaşlı oğlan saxlanılıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, martın 15-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan E.Məmmədov polisə müraciət edərək 35 manat dəyərində çay servisinin oğurlandığını bildirib. 

Suraxanı RPİ tərəfindən keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü İ. Məmmədov saxlanılıb. Onun E. Məmmədovun qardaşı oğlu olduğu məlum olub. Araşdırma zamanı, İ. Məmmədovun bibisinin evindən də çaydan oğurladığı müəyyən olunub.

İ. Məmmədov, həmçinin, martın 14-də rayon ərazisindəki evlərin birindən 7 500 manat, 10 200 ABŞ dolları və 7 500 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin həyətindəki "Şkoda" markalı avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfərdən biri olub. 

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Əmisinin bibisinin evindən çaydan oğurladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ