Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 21:44
"Borussiya Dortmund"un hücumçusu Erlinq Haaland fevral ayı üçün bundesliqanın ən yaxşı gənc futbolçusu seçilib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi Tvitter səhifəsi məlumat yayıb. Dortmund klubunun 19 yaşlı futbolçusu "Leypzig"in yarımmüdafiəçisi Kristofer Nkunkunu və "Köln"ün müdafiəçisi İsmail Yakobsu qabaqlayıb.
Qeyd edək ki, Haaland ötən ay bundesliqadakı 5 matçda 4 qol vurub.