Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 01:58
Bu il təxirə salınan Avro-2020-nin adı hələ tam müəyyənləşməyib.
Qol.az xəbər verir ki, bu barədə UEFA-nın "Tvitter" səhifəsi məlumat yayıb.
Bildirilir ki, ötən gün “Tvitter” hesabında qitə birinciliyinin 2021-ci ildə keçirilməsinə baxmayaraq, elə Avro-2020 adlandırılacağı xəbəri yanlışdır:
“Buraxılmış səhvə görə üzr istəyirik. Təxirə salınmış Avropa çempionatının necə adlanacağı ilə bağlı hələ heç bir qərar verilməyib. Əvvəlki tvit səhvən yazılmışdı".
Xatırladaq ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar “Avro-2020”ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun - 11 iyulda keçiriləcəyi nəzərdə tutulub.