Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-nın prezidenti Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb

UEFA-nın prezidenti Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb

Tarix: 27 May 2019 23:22

Bakı. Trend:

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb.

Trend-in məlumatına görə, A.Çeferin bildirib: "Niyə? Çünki orada yaşayan insanlar da futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik".

UEFA-nın prezidenti qeyd edib ki, klublar biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər: "Mən bildiyim qədər, "Easyjet" aviaşirkəti reyslərə aviabiletlərin qiymətini qaldırıb. Kimsə onlara heçnə demir. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Bəs finallara gedən azarkeşləri dəstəkləmək üçün konstruktiv təklif, yaxud klubların vəsait yatırdığı fondlar necə? Əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi".

"Arsenal" klubunun erməni futbolçusu Genrix Mxitaryanın finala gəlməməsini şərh edən A.Çeferin vurğulayıb ki, Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi: "Finala gəlməmək furbolçunun şəxsi qərarı idi. Biz Fransa terrorçuların hədəfi olan zaman bu ölkədə təhlükəsiz Avropa Çempionatı təşkil etmişdik".

Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  UEFA nın prezidenti Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ