Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 13:28
Bu mövsüm ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyevdir.
Qol.az PFL-in saytına istinadəm xəbər verir ki, “Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasının 9 matçında qapısını toxunulmaz saxlayıb. Milliləşən rusiyalının ən yaxın izləyicisi Səlahət Ağayevdir. “Neftçi”nin qolkiperi 8 qarşılaşmada qol buraxmayıb. Çempionatın turnir cədvəlində olduğu kimi bu siyahıda da “Qarabağ” və “Neftçi”dən sonra “Keşlə” təmsilçisi gəlir. Moldovalı Stanislav Namaşko 7 matçı “quru” keçirib.
Ən azı 5 belə oyun keçirən digər qapıçı da “Qarabağ”ın üzvüdür. Asmir Beqoviç qısa müddət çıxış etdiyi çempionatın 6 matçında qapısının toxunulmazlığını qoruyub.