Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 13:45
Mineralların orqanizmdə böyük rolu vardır. Hər bir mineralın insan orqanizmində özünəməxsus rolu vardır. Onlardan hansısa birinin çatmazlığı insan bədənində bu və ya digər şəkildə özünü ğöstərir. Məsələn, dəmirin az olması qan azlığına, kalsiumun azlığı sümüklərin zəif inkişafına və s.
İnsan orqanizmində olan sink çatmazlığı bədəndə əmələ gələn yaraların gec sağalmasına, ağrılı aybaşıya, dəridə sızanaqların olmasına səbəb olur. Sinkin orqanizmdə az olması dırnaqlarda olan ağ ləkələrin meydana çıxmasına səbəb olur.
1. Dırnaqların rənginin açıq olması və parlaması Nyu-Yorkdəkı tıbb mərkəzinin dermatoloqu Culiya Tsezanın sözlərinə görə dırnaqların tərkibində problemlərin olduğunu göstərir. Həkimin dediyinə görə, əgər dırnağın özü tamamilə ağarırsa bu dırnağın tərkibinin dəyişilməsini bildirir.
2. Dırnaqların ucu saralırsa bu dəridə yaxın günlərdə baş verəcək psorias xəstəliyinin göstəricisidir. Dırnaqların saralması qara ciyərdə də problemlərin olacağına işarədir.
3. Dırnaqlarda mavi ləkələrin olması sianozun əlamətlərini bildirir. Hardvard tıbb məktəbinin həkimi Andrea Vaylanın sözlərinə görə bu qan dövranı və tənəffüs sisteminin xəstəliyini əlamətidir, hən də hemoqlabinin az olduğunun göstəricisidir.
4. Ağ ləkələr dırnaqlarda arada bir peyda olub, arada bir itirlər. Yuxarıda dediyimiz kimi bu sink çatmazlığının əlamətidir. Bu ağ ləkə uzun müddət dırnaqda qalarsa isə qan xəstəliyin başlayacağını bildirir.
5. Dırnaqda çökəkliklər həkimlərin sözlərinə görə daima güclü stressdən əziyyət çəkən adamlarda olur. Çökəkliyin ikinci səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Üçüncü səbəb isə dırnaqların travma almasıdır.
6. Dırnaqlarda uzununa ağ xətlər insada yaşlanma ilə əlaqədar dəyişikliklərin baş verdiyini bildirir. Cavan adamda bu ağ xətlərin olması onun lazımi qədər maye qəbul eləməməsi ilə əlaqədardır.
7. Dırnaqların ucunun qırılıb tökülməsi bədəndə A, E, D, dəmir və sinkin çatmazlığının göstəricisidir.