Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 18:10
"Şalke"nin futbolçusu Amin Harit koronavirusa görə olan karantin qaydasını pozub.
Qol.az "Bild"ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Qelzenkirhendəki barlardan birində tapılıb.
Məlumatı klubun idman direktoru Yohan Şnayder təsdiqləyib: "Bəli, Amin həqiqətən də bir dostu ilə klubda idi. Bu, bir səhv idi və o, artıq səhvini başa düşüb. Vəziyyətin ciddiliyini ona izah etdik. Bu, bir baha baş verməyəcək" - deyə o bildirib.
Haritə etdiyi hərəkətə görə şifahi xəbərdarlıq edildiyi vurğulanıb.